18 yaşında "Bitkoin"dən 1 milyon dollar qazandı - FOTOLAR
Kriptovalyuta dünyasına erkən yaşda qədəm qoyan Eddi Zillan indi “Bitkoin”lə bağlı məsləhətçi kimi fəaliyyət göstərir.
Minval.İnfo Qaynarinfo-ya istinadən xəbər verir ki, yaşıdları ilə müqayisədə sürətli yüksəliş dövrü keçən Eddi “Bitkoin”dən 1 milyon dollardan artıq qazanıb.
Kriptovalyuta bazarına 15 yaşında qoşulan Eddi 18 yaşında 1 milylon dollardan artıq pul qazanaraq bütün dünyanın diqqətini üzərinə çəkib. Amerikalı gənc uğuru ilə bağlı “Business Insider”a danışıb.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Zillan bildirir ki, 3 il əvvəl tennis dərsi verərkən qazandığı pulla kriptovalyuta alıb. Əvvəlcə 100 dollarlıq yatırım edib və ilk gündə 10 dollar qazanıb. Daha sonra bütün pulunu bu sahədə dəyərləndirmək qərarına gəlib.
“Hər şeyimi riskə atdım” deyən Eddi qeyd edir ki, kriptovalyuta bazarı artıq 2015-ci illə müqayisədə xarici müdaxilələr üçün daha açıqdır. O, artıq bu sahə üzrə məsləhətçi kimi fəaliyyət göstərir.
Öz səyləri ilə qazandığı pulla yaşadığı lüks həyatını sosial mediada sərgiləməkdən çəkinməyən 18 yaşlı milyonçunun fotolarını təqdim edirik.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir