17 yaşlı oğlanı 15 yaşlı yeniyetmə niyə bıçaqladı? Cinayətin şok təfəruatları - VİDEO

Gəncədə baş verən dəhşətli cinayətin təfərüatları bəlli olub.
17 yaşlı Əzim Verdiyevin ailəsi Space Tv-də yayımlanan «Cinayətin izi ilə» verilişində övladlarının ölüm hadisəsi barəsində danışıb.
ƏLAQƏLİ
Bayram məmmədovun ailəsində dəhşətli qətl: Anasını öldürməkdə qardaşı şübhəli bilinir
Belə ki, dostlar arasında qız üstündə düşən mübahisə, 15 yaşlı yeniyetmənin bıçaqla 17 yaşlı Əzim verdiyevi vurması ilə nəticələnib. Teleaparıcı Amil Xəlil hadisənin baş verdiyi Gəncə şəhərinə yollanıb. Mübahisənin düşdüyü yeri və hadisə şahidlərini danışdıran aparıcı bəzi məqamları ortaya çıxardıb.
Bəlli olub ki, mübahisə zamanı Əzimlə barabər Əlmuraz və Zaur adlı dostları da bıçaqlanaraq xəsarətlər alıb. Əzimin atası iddia edir ki, bu olay 15 yaşlı Elgünün əməli deyil. “15 yaşlı uşaq 3 nəfərə birdən xəsarət yetirə bilməz. Mənim oğlumu öldürə bilməz. Oğlum idmançı idi. İş düzgün araşdırılmır. Çünki kameralarda da görmüşdüm ki, Elgünün atası və əmisi oğlanları da Əzimə və dostlarına hücum edir”.
Əzim Verdiyevin anası da işin düzgün araşdırılmadığını qeyd edib. Onun sözlərinə görə Əzimi evdən gəlib aparan şəxslərdə istintaqa cəlb edilməlidir. Lakin onlar şahid qismində ifadə verir.
Hadisə şahidi Elmuraz da açıqlama verib. O, hadisə günü Elgünlə bərabər bir neçə nəfər şəxsin onlara hücum etməsini qeyd edib. Hətta onu bıçaqlayan şəxsin Elgün olmadığını dəfələrlə vurğulayıb.
Həmin anları təqdim edirik
https://www.youtube.com/watch?v=u6gPsi63qqU
ƏLAQƏLİ
Qərbi Azərbaycan tv-nin üç illik uğur hekayəsi: Milli yaddaşın qoruyucusu necə formalaşdı?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Goranboyda ailə faciəsi: Oğlu qətlə yetirən ata saxlanıldı
Tiktoker 8 sutkalıq həbs olundu: Sosial media paylaşımları başına bəla oldu
Sabunçuda dəhşətli ailə faciəsi: Şəxsiyyət vəsiqəsi üstündə ölümcül mübahisə
Şəmkirdə ailədaxili faciə: Arvadını qətlə yetirən şəxsə 15 il həbs cəzası
İcra başçısının arpa iddiası: Məhkəmə kəndlilərin tərəfində oldu