23.07.2019 - 14:56
Maraqlı 1 baxış

16 yaşlı yeniyetmə Türkiyə siyasətinə necə təsir etdi? - “Hər şey çox gözəl olacaq”  (FOTO, VİDEO)

“Hər şey çox gözəl olacaq”                                          

İstanbulun yeni bələdiyyə başqanı Əkrəm İmamoğlunun seçki kampaniyası zamanı tez-tez istifadə etdiyi məşhur “hər şey çox gözəl olacaq” şüarı insanlar arasında böyük rəğbətlə qarşılandı.

Kiçikdən böyüyə hər kəsin dilində əzbər olan bu şüarın yaranış hekayəsi olduqca maraqlıdır. İstanbulda insanlar arasında nitq söylədiyi zaman 16 yaşlı Berkay Gezginin “her şey çok güzel olacak Ekrem abi” cümləsi gənc namizədi olduqca duyğulandırmışdı. Sonralar bütün çıxışları zamanı dilə gətirdiyi bu şüar İmamoğlunu dəstəkləyən insanlar arasında olduqa geniş yayıldı.

Bu şüar İmamoğlunun qələbəsində böyük rol oynadığı kimi bir uşağın ölkənin siyasi həyatına necə təsir göstərə biləcəyinin ən yadda qalan nümunələrindən biri oldu. Türkiyədə məşhur sənət adamlarından sıravi vətəndaşlara qədər hər kəs Berkayın bu şüarını seçkinin bir simvolu kimi hər yerdə istifadə etməyə başladı.

Berkay Gezgin ile ilgili görsel sonucu

İlk baxışda olduqca sadə səslənən bu şüar insanların gözündə İmamoğluna olan etimadı daha da artırdı. Berkay Gezgin jurnalistlərin ona verdiyi sual zamanı “Mən Əkrəm bəyin İstanbula yeni nəfəs verəcəyinə, tərəqqi və inkişaf gətirəcəyinə inanırdım. Onun bizimlə görüş zamanı olan nitqi məni duyğulandırdı və qeyri-ixtiyari olaraq bu cümləni işlətdim” cavabını vermişdi. Bu təkcə Berkay Gezginin yox İmamoğluna inanan milyonlarla istanbullun qəlbindən gələn şüar idi.

Nazim Hacıyev

Minval.İnfo

https://www.youtube.com/watch?v=J2zGfzR6sKI

https://www.youtube.com/watch?v=cKiClXW0qeU

https://www.youtube.com/watch?v=dlSQOh7plfQ

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: