16 il beynəlxalq terror təşkilatlarına partlayıcı hazırlayan Güləliyev
Beynəlxalq terror təşkilatlarında partlayıcılar düzəltmək üzrə mütəxəss olan və DTX tərəfindən axtarışa verilən şəxs hakim qarşısına çxıarılır.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində 16 il axtarışda olan Bəhram Güləliyevin cinayət işi üzrə məhkəmə iclası başlayır. İşə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılacaq.
Rəsmi məlumata görə 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərib.
2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulub.

Bəhram Güləliyev barəsində başlanılan cinayət işi üzrə beynəlxalq axtarış tədbirləri çərçivəsində, Pakistanda saxlanılaraq 2019-cu ilin oktyabr ayında Azərbaycana ekstradisiya edilib.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Müəyyən olunub ki, Bəhram Güləliyev beynəlxalq terror təşkilatlarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.

DTX-da dindirilən zaman B.Güləliyev əməllərini etiraf edib.
Ona qarşə Cianyətlə Məcəlləsinin 214.2.6-cı (terrorçuluq; dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Törətdiyi əməl sübuta yetirilərsə, onu 14 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
https://www.youtube.com/watch?v=hE6U9yn5M4Y&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026