09.03.2018 - 22:25
Ölkə
18 baxış
128 dəfə radara düşən sürücü saxlanılıb - FOTO-VİDEO

128 dəfə radara düşən sürücü nəhayət saxlanılıb.
Minval.İnfo-nun məlumatına görə, həmin sürücü Sumqayıt sakini Şahmar Mustafayevdir. Onu bir neçə gün əvvəl paytaxtın Səbail rayon dövlət yol polisi əməkdaşları saxlayıblar. Şahmar Mustafayevə bildirilib ki, ödənilməmiş cərimələri var buna görə avtomobili müvəqqəti duracağa aparılıb.
Sürücü iddia edir ki, ona elektron qaydada 15 min 300 manatlıq cərimə protokolları yazılıb və ona bu cərimələrlə bağlı heç bir məktub gəlməyib. Şahmar Mustafayev onu da bildirir ki, müvəqqəti etibarnamə ilə idarə etdiyi avtomobil qohumunun adınadır, hətta onun da ünvanına məktub gəlməyib. O, həmçinin bu protokolların çoxunda şəkillərin eyni olduğunu da iddia edir.
Sürücü məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. İdarədə araşdırma aparılarkən ona bildiriblər ki, 128 dəfə radara düşüb və bunun çoxu da Bakı-Sumqayıt yolunda qeydə alınıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev ”Xəzər Xəbər”ə bildirdi ki, sürücü cərimə məbləğini şişirdib. Ona 15 min 300 manat yox, 1570 manat cərimə yazılıb. Şahmar Mustafayev cəriməsinin 690 manatını müxtəlif vaxtlarda ödəyib. Qalan 880 manat borca görə, sürücü yol polisi tərəfindən saxlanılıb. Qaldı ki, sürücünün bəzi şəkillərdə avtomobilinin olmaması iddiasına, o, istənilən vaxt Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib məsələni araşdıra bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
05.09.2026 - 21:22
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
05.09.2026 - 21:01
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
05.09.2026 - 20:19
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
05.09.2026 - 18:27
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
05.09.2026 - 17:24
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
05.09.2026 - 16:21
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı
05.09.2026 - 16:14
Şuşada turistlərin qayalara ziyanı narahatlıq yaradır
05.09.2026 - 16:07