Azərbaycanlı öz gücü ilə rusiyalıları şoka saldı - VİDEO, FOTO
Bir neçə təhlükəli nömrə ifa edən həmyerlilərimiz tamaşaçıları onun etdiklərini təkrarlamamağa çağırıb
Azərbaycanlı pəhləvan Əmir Balakənli İrkutskda öz saçları ilə çoxtonnajlı yük maşınını dartıb və bununla da, onu izləyən hər kəsi, eləcə də yük maşınının sürücüsünü şoka salıb. O, həmçinin digər nömrələr də göstərib.

O, əvvəlcə iti baltanı öz bədənində sınaqdan keçirib, sonra isə iti xəncərlərin üzərinə uzanıb. Ardınca dişi ilə üstündə böyük adamın oturduğu kətili saxlayıb. Daha sonra yerə uzanıb və onun üstündən “Niva” markalı avtomobil keçib.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Balakənlinin göstərdiyi nömrələr ağır tonnajlı (17,5 ton) yük maşınını saçlarına bağlayaraq bir neçə metr çəkməsi ilə yekunlaşıb. Pəhləvan tamaşaçılara, xüsusilə də uşaqlara bu nömrələri təkrarlamamağı tövsiyə edib.

İDŞ-nin sədri Alizar Salayevin sözlərinə görə, onlar Əmir Balakənlini bayramlarda, xüsusi tədbirlərdə tez-tez İrkutska dəvət edirlər. İstəyirlər ki, onu istedad və bacarıqları ilə təkcə Azərbaycanda deyil, dünyanın hər yerində tanısınlar.
Pəhləvan uşaqlıqdan məşhurlaşmağa başlayıb. O, evdə özbaşına məşq edərək bu nömrələri hazırlamağa nail olub. 23 yaşından etibarən səhnədə çıxış edir.

Rusiyalı həmyerlilərimiz arasında xüsusilə populyar olan Balakənli, hazırda müxtəlif ölkələrə qastrola çıxmağa hazırlaşır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir