“100-ə yaxın maşına girmişəm” – Avtomobil qənimləri danışdı – VİDEO
Paytaxtın Nizami rayonu Ə.Hacıyev küçəsində yerləşən paltar mağazalarından birindən oğurluq edilib.
ARB TV xəbər verir ki, naməlum şəxslər mağazanın giriş qapısını sındıraraq içəridən 450 manat pul götürərək hadisə yerindən qaçıblar.
Hadisə ilə bağlı 25-ci Polis şöbəsinə məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni tərətməkdə şübhəli bilinən paytaxt sakinləri Ceyhun Abbasov və Elxan İsayev saxlanılıblar.
25-ci Polis şöbəsində araşdırma aparılan zaman onların başqa cinayətlərinin də üstü aşılıb. Belə ki, C.Abbasov və E.İsayevin paytaxt ərazisində və respublikanın ayrı-ayrı bölgələrində yüzlərlə avtomobilin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar etdikləri məlum olub. Onlar ifadələrində törətdikləri cinayətləri etiraf ediblər.
Ceyhun Abbasov – Saxlanılan şəxs: “Obyektə girib pul götürmüşəm. Ondan əlavə 100-ə yaxın maşına girmişəm. Xarici maşınlara girmişəm”.
Elxan İsayev – Saxlanılan şəxs: “Bakının müxtəlif yerlərində maşınların şüşələrini qırıb pul götürürdük”.
Saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Nizami RPİ-nin İstintaq şöbəsinə göndərilib.
Bu şəxslərin digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nizami RPİ və ya 25-ci PŞ-nə müraciət edə bilərlər.
ƏLAQƏLİ
Qərbi Azərbaycan tv-nin üç illik uğur hekayəsi: Milli yaddaşın qoruyucusu necə formalaşdı?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBayram Məmmədovun ailəsini sarsıdan cinayət: Qardaşı saxlanıldı
Goranboyda ailə faciəsi: Oğlu qətlə yetirən ata saxlanıldı
Tiktoker 8 sutkalıq həbs olundu: Sosial media paylaşımları başına bəla oldu
Sabunçuda dəhşətli ailə faciəsi: Şəxsiyyət vəsiqəsi üstündə ölümcül mübahisə
Şəmkirdə ailədaxili faciə: Arvadını qətlə yetirən şəxsə 15 il həbs cəzası
İcra başçısının arpa iddiası: Məhkəmə kəndlilərin tərəfində oldu