1 kq narkotiki satmaq istədi - (Fotolar)
Daxili işlər orqanları tərəfindən narkotik vasitələtin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
Minval.info xəbər verir ki, daxil olmuş məlumat əsasında Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Cəlilabad rayon sakini Fərid Mirzəyev və qohumu Qaradağ rayon sakini, əvvəllər məhkum olunmuş Müslüm Barıyev 1 kiloqram 118 qram narkotik vasitə olan heroini satmaq istəyən zaman saxlanılıblar.
Əməliyyat tədbirlərinin davamı olaraq M.Barıyevin Qızıldaş qəsəbəsində yaşadığı evin həyətinə baxış zamanı torpağa basdırılmış 2 kiloqram 76 qram narkotik vasitə tiryək də aşkar olunaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, narkotik vasitələr F.Mirzəyev tərəfindən qanunsuz yolla İrandan ölkəmizə gətirilib. Bundan sonra o, M.Barıyevin də iştirakı ilə heroini və tiryəki paytaxta gətirərək satmağa çalışıblar.
Faktla bağlı 6-cı Polis Bölməsində toplanan material araşdırlması üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib, istintaq davam edir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi
Bakı və Sumqayıtda yaşıllıqlara ciddi ziyan vuruldu
Ziya Bünyadovda avtobus zolağının vaxtı uzadıldı!
Bakıda ata və qızı kürəkəni qətlə yetirdi

