Transferə ən çox pul xərcləyənlər – 5 ilə 1 milyard avro
Avropada son 5 ildə transferlərə ən çox pul xərcləyən klubların siyahısı açıqlanıb.
Qol.az-ın yaydığı xəbərə görə, “Barselona” bu göstəricidə bütün komandaları qabaqlayıb. Kataloniya təmsilçisi 2014-ci ilin yayından bu yana yeni oyunçulara 1 milyard avrodan çox pul xərcləyib. Bu müddət ərzində ispanların oyunçu satışından qazancı isə 627 milyon avro olub.
Transferlərə ən çox pul xərcləyən ikinci klub 996 milyon avro ilə “Mançester Siti”dir. İlk üçlüyü 890 milyon avro ilə digər ingilis təmsilçisi “Mançester Yunayted” tamamlayır.
İlk onluq isə bu cürdür:
1. “Barselona” – 1.08 milyard avro
2. “Mançester Siti” – 996 milyon avro
3. “Mançester Yunayted” – 890 milyon avro
4. “Çelsi” – 875 milyon avro
5. “Yuventus” – 868 milyon avro
6. “Atletiko” – 800 milyon avro
7. PSJ – 773 milyon avro
8. “Real” – 755 milyon avro
9. “Liverpul” – 714 milyon avro
10. “Roma” – 586 milyon avro
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Qran-prisi üçün yeni tribuna istifadəyə verildi
Neftçi SOCAR dünya seriyasında ikincidir!
Osimhen İstanbulda lüks Ferrari ilə heyran etdi
Messi Argentinada milli karyerasına son qoydu
Sonq Yadonq və Nurmaqomedovlar arasında gərgin anlar!
Həmzə Çoduri "Sabah"da deyil, yeni axtarışda!
Neftçi xorvatiyalı Viçko Şeveli transfer etdi
