31.08.2026 - 19:27
İdman 26 baxış

Messi Argentina millisində karyerasını bitirdi

Argentina millisinin əfsanəvi futbolçusu Lionel Messi milli komandadakı karyerasını başa vurduğunu rəsmən elan edib. Messi bu qərarı uzun müddət düşündükdən sonra qəbul etdiyini və bunun onun üçün çox ağrılı olduğunu bildirib. “Finaldan sonra baş verənlər və uzun düşüncələrdən sonra hər kəsə bildirmək istəyirəm ki, milli komandadakı karyeramı başa vururam. Bu, ağrılı və hələ də ağrısını hiss etdiyim qərardır. Amma başa düşürəm ki, indi bunun üçün ən doğru zamandır. Mən həmişə bu forma üçün əlimdən gələn hər şeyi etmişəm,” – deyə Messi qeyd edib.

Minval.info xəbər verir ki, Messi milli komandada oynamağı həmişə sevdiyini və bundan sonra da sevməyə davam edəcəyini vurğulayıb. O, artıq milli komandaya verə biləcəyi başqa bir şey olmadığını və gənc istedadlı futbolçuların önə çıxması üçün yer açıldığını bildirib. “Bu 20 il ərzində göstərdiyiniz sevgi üçün təşəkkür edirəm,” – deyə ulduz futbolçu əlavə edib.

Messi, Argentina millisinin oyunlarını tribunadan izləyəcəyini və komandaya kənardan dəstək verəcəyini də bildirib. O, ailəsinə, məşqçilərinə, komanda yoldaşlarına və bu illər ərzində onunla çalışan bütün insanlara təşəkkür edib. “Özümü sakit və qürurlu hiss edirəm. Sizə və komanda yoldaşlarıma nağıla bənzər anlar yaşatdığım üçün xoşbəxtəm. Bütün bunları sizinlə birlikdə yaşamaq inanılmaz idi. Mən sizi sevirəm. Məni argentinalı yaratdığı üçün yaradana təşəkkür edirəm. İrəli, Argentina!” – Messi vurğulayıb.

Futbolçu, bu qərarını 21 iyulda, finaldan iki gün sonra yazdığını və atasının başına gələnlərdən sonra bu qərarında daha da əmin olduğunu bildirib. Messi, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi, 2022-ci ildə Finalissima çempionu, 2008-ci ildə isə Olimpiya çempionu olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: