Neftçi xorvatiyalı Viçko Şeveli transfer etdi
Neftçi futbol klubu xorvatiyalı futbolçu Viçko Şeveli heyətinə qatdı. 25 yaşlı dayaq yarımmüdafiəçisi ilə üçillik müqavilə imzalanıb. O, “Neftçi”də 88 nömrəli formanı geyinəcək.
Minval.info xəbər verir ki, Viçko Şevel əsas mövqeyi ilə yanaşı, müdafiənin mərkəzində və sağ cinahında da oynaya bilir. O, Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib. Onun son klubu “Dandi Yunayted” olub.
Futbolçu ötən mövsüm “Dandi Yunayted”in heyətində ümumilikdə 40 matçda meydana çıxıb və üç məhsuldar ötürmə ilə yadda qalıb. Viçko Şevel 2026/27 mövsümündə Şotlandiya çempionatının ilk üç turunun hamısında, Şotlandiya Liqa Kubokunda isə beş oyunun hamısında forma geyinib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək