Sonq Yadonq və Nurmaqomedovlar arasında gərgin anlar!
Çinli UFC döyüşçüsü Sonq Yadonq, Şanxayda keçirilən UFC Fight Night 286 turnirində Umar Nurmaqomedovu nokauta saldıqdan sonra qardaşı Usman Nurmaqomedovla yaşanan insident barədə açıqlama verib. Yadonq, “Home of Fight” sosial şəbəkə hesabında yayımlanan açıqlamasında, insidentin yanlış anlaşılma olduğunu bildirib. O, “Video görüntülərə baxanda məlum olur ki, o, dirsək zərbəsi endirmək və ya buna bənzər hərəkət etmək üçün dönür. İnternetdə onun mənə qəsdən hücum etmək istədiyi yazılırdı. Amma o, sadəcə mənim onun üzərinə gələcəyimi düşünüb. O, qardaşının vəziyyətini yoxlamaq üçün irəli getmişdi. Sonra isə qəfildən kimsə birbaşa sənin üzərinə qaçırsa, əlbəttə ki, belə reaksiya verəcəksən”, – deyə bildirib.
Minval.info xəbər verir ki, döyüş ikinci raundda başa çatıb. Çinli idmançı əks-hücum zamanı Umar Nurmaqomedovu qulağının bir qədər aşağı hissəsinə dəqiq zərbə ilə nokauta salıb. Bundan sonra Usman Nurmaqomedov qardaşının vəziyyətini yoxlamaq üçün baryeri keçərək oktaqona daxil olub. Məhz həmin vaxt o, qələbəsini qeyd edən Yadonqla qarşılaşıb və tərəflər arasında qısa müddətli qarşıdurma yaşanıb.
30 yaşlı Usman Nurmaqomedov 2021-ci ildən UFC-də çıxış edir və bu təşkilatda 8 qələbəsi və 2 məğlubiyyəti var. 28 yaşlı Sonq Yadonq isə UFC-də debütünü 2017-ci ildə edib və təşkilatda 13 qələbəsi, 4 məğlubiyyəti və 1 heç-heçəsi mövcuddur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Osimhen İstanbulda lüks Ferrari ilə heyran etdi
Messi Argentinada milli karyerasına son qoydu
Həmzə Çoduri "Sabah"da deyil, yeni axtarışda!
Neftçi xorvatiyalı Viçko Şeveli transfer etdi
Messi Argentina millisində karyerasını bitirdi
Xulian Alvarezin "Barselona"ya keçidi təsdiqləndi
Çelsi Emiliano Martinesi heyətinə qatdı