Sabah Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Biləcərinin Xurşudbanu Natəvan küçəsində hərəkət məhdudlaşdırılacaq
Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq aprel ayının 20-dən 21-nə keçən gecədən etibarən 21-i axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşudbanu Natəvan küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
Minval.İnfo xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məlumata görə, sözügedən küçəyə avtonəqliyyat vasitələrinin daxil olması Yəhyə Hüseynov və Rəşid İsmayılov küçələri ilə kəsişmədən məhdudlaşdırılmaqla alternativ olaraq sözügedən küçələrə yönəldiləcək.
Sözügedən ərazidə sıxlıq yaşanması deyə məhdudlaşmanın tətbiq edildiyi ərazidə yaşayan vətəndaşların avtonəqliyyat vasitələrindən başqa digər avtomobillərin sürücülərindən alternativ göstərilən yollardan istifadə etmələri xahiş olunur.
“Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir”, – deyə məlumatda qeyd olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahın hava proqnozu açıqlandı
Bakıda Binəqədi və Sabunçu rayonlarında yollar təmirə görə bağlanır
Azərbaycanda pulsuz hüquqi yardım sistemi təklif olunur
Əli Nağıyev Azərbaycanın itkin düşmüş şəxslərinin sayını açıqladı
Suriyadan Azərbaycana 13 vətəndaşın repatriasiyası baş tutdu
Abşeron və Bakının 5 rayonunda su təchizatı dayandırılacaq
Bakıda və Abşeronda su təchizatında müvəqqəti fasilə olacaq