07.10.2026 - 15:47
Rusiyadan veba epidemiyası ilə bağlı maraqlı açıqlama
Dünya 4 baxış

Rusiyadan veba epidemiyası ilə bağlı maraqlı açıqlama

Kreml sözçüsü Dmitri Peskov, Moskva şəhərində jurnalistlərin gündəmə dair suallarını cavablandırarkən, İrkutsk bölgəsindəki epidemiyoloji vəziyyətlə bağlı yayılan xəbərlərin əksəriyyətinin “yalan məlumat” olduğunu bildirdi. O, Rusiyanın İnsan Sağlamlığı və İstehlakçı Hüquqlarını Müdafiə Xidmətinin (Rospotrebnadzor) rəsmi açıqlamalarının nəzərə alınmasının vacib olduğunu vurğuladı.

Minval.info xəbər verir ki, Sibirya və Uzaq Şərq İrkutsk Veba ilə Mübarizə İnstitutunda səbəbi müəyyən olunmayan pnevmoniya diaqnozu qoyulan ikinci bir işçi ilə bağlı sualları cavablandıran Peskov, mətbuatda yazılanların əksəriyyətinin yalan olduğunu qeyd etdi. O, Rospotrebnadzor və digər qurumların rəsmi açıqlamalarının əsas götürülməsini tövsiyə etdi.

Peskov, İrkutsk bölgəsində qeyri-müəyyən səbəbdən meydana gələn pnevmoniya hadisəsi ilə bağlı Dünya Səhiyyə Təşkilatının (DST) da mövcud prosedurlar çərçivəsində məlumatlandırıldığını bildirdi.

İrkutsk bölgəsinin valisi İqor Kobzev, oktyabrın 2-də bölgədə yaşayan bir şəxsdə “xüsusilə təhlükəli bir infeksiya şübhəsi” ilə əlaqədar fövqəladə sanitar və epidemiyaya qarşı mübarizə komissiyasının iclasının keçirildiyini açıqlamışdı.

Bəzi sosial media kanallarında isə həmin gün bir veba ilə mübarizə institutunun əməkdaşının “ağciyər vebası” səbəbindən həyatını itirdiyi iddia edilirdi. Rospotrebnadzorun açıqlamasında, Sibirya və Uzaq Şərq İrkutsk Veba ilə Mübarizə İnstitutunun bir əməkdaşına “səbəbi müəyyən olunmayan pnevmoniya” diaqnozu qoyulduqdan sonra xüsusi tədbirlərin tətbiq edildiyi bildirilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: