07.10.2026 - 16:36
Fransada yeni inqilab təhlükəsi: ölkə böhrana sürüklənir
Dünya 5 baxış

Fransada yeni inqilab təhlükəsi: ölkə böhrana sürüklənir

Fransada son iki həftədir davam edən kütləvi etiraz aksiyaları ölkəni ciddi böhranla üz-üzə qoyub. Fransalı hərbi ekspert Ksavye Moro bu vəziyyəti 1789-cu ildəki Böyük Fransa inqilabı ilə müqayisə edir.

Minval.info xəbər verir ki, Moro, “Vesti”yə verdiyi müsahibədə, Fransanın dövlət borcunun ÜDM-in 120 faizinə çatdığını və bu səbəbdən hökumətin iğtişaşların qarşısını almaq üçün kifayət qədər resursunun olmadığını bildirib.

Ekspert qeyd edir ki, hazırda ölkədə çox təhlükəli bir dövr yaşanır. O, bu vəziyyəti inqilabi dövr adlandıraraq, 1789-cu illə oxşarlıqların olduğunu vurğulayıb. Borcun artması, xarici müharibələrin yaratdığı problemlər, işləməyən vergi sistemi və hökumətə olan etimadsızlıq vəziyyəti daha da çətinləşdirir.

Fransada kütləvi etirazlarda əsasən yuxarı sinif şagirdləri və tələbələr iştirak edir. Aksiyalar, təhsil sistemindəki problemlərə, o cümlədən tədris proqramlarının həddindən artıq yüklənməsinə və müəllim çatışmazlığına qarşı yönəlib.

Son məlumata görə, ölkə üzrə etirazlar zamanı 6 mindən çox insan saxlanılıb. Saxlanılanların əhəmiyyətli hissəsinin yetkinlik yaşına çatmayanlar olduğu bildirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: