“Qalatasaray” futbol klubuna transfer olunacağı deyilən, hazırda isə İspan klubu “Selta Viqo”nun oyunçusu olan Əmrə Mor şok bir iddia ilə gündəmə gəlib.

Minval.info xəbər verir ki, iddialara görə Əmrə Mor davamlı olaraq transfer haqqında yalanlar söyləyir.

“Qalatasaray”da Emre Mor üçün hazırlığın getdiyi bir ərəfədə İspaniyanadan gələn xəbərlərə görə o, “Beşiktaş” futbol klubu ilə də anlaşmaq istəyib.

Bu fikirləri Əmrə Morun meneceri olan Erik Alonso deyib.

 

O, Əmrə Morun bu hərəkətini qeyri-ciddi bir davranış olaraq qiymətləndirib: “Belə davam etsə Əmrə heç bir kluba getməyəcək. Davamlı olaraq yalan danışır. Onun üçün keçirdiyim bir toplantıda “Qalatasaray”a transferi üçün bir şərtləri hazırladım və təqdim etdim. Klubdan 1.7 milyon avro tələb edəcəkdik. O, məni bu danışıqlardan uzaqlaşdıraraq təkbaşına klubdan transfer üçün 500 min avro istəyib. Ayrıca olaraq bizə xəbər vermədən özünü “Beşiktaş” futbol klubuna da təklif edib”.

Menecerin sözləri ciddi müzakirələrə səbəb olub. Türkiyə mətbuatında və sosial şəbəkələrdə menecerin, “Ayrıca olaraq bizə xəbər vermədən özünü “Beşiktaş” futbol klubuna da təklif edib” sözləri E.Morun ondan icazəsiz “Qalatasaray”la anlaşmasının qarşısını almaq üçündür. Çünki bu söz Emreni “Cimbom”dan uzaqlaşdıra bilər.