11.10.2026 - 14:14
"Sabah" - "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 265 baxış

"Sabah" - "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək

Baku.ws-ın məlumatına görə, Bakıda “Sabah” və “Slaviya” (İngiltərə) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində keçiriləcək oyun avstriyalı hakim tərəfindən idarə olunacaq.

Bu qarşılaşmanın baş hakimi Sebastian Qishamer təyin olunub. FIFA referisinə həmyerliləri Roland Ridel və Santino Şrayner kömək edəcək.

Dördüncü hakim funksiyasını isə Valter Altmann yerinə yetirəcək. Video köməkçi hakimlər arasında Alan Kiyas VAR-da, Josef Spurni isə AVAR-da olacaq.

Qarşılaşma oktyabrın 13-də Bakı Olimpiya Stadionunda saat 20:45-də başlanacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: