21.05.2019 - 23:10
Maqazin 9 baxış

Günaydan sevgilisini bıçaqlaması ilə bağlı xəbərlərə açıqlama

Model Günay Musayeva sevgilisi Taha Tatlıcını bıçaqlaması xəbərini təkzib edib.

Minval.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Günay İnstaqram hesabında sevgilisi ilə birgə açıqlama yayıb:

“Bu gün haqqımda yazılan sevgilim Taha Tatlıcını bıçaqlamağımla bağlı xəbər tamamilə yanlış və üzücüdür. Bu xəbər üzüdən mənə və sevgilimə qarşı ağır ititham irəli sürülüb. Taha ilə aramızda yaranan xırda mübahisə qonşuların polisə şikayətinə səbəb olub. Daha sonra hər ikimiz polisə gedərək səhv anlaşılmanın düzəldilməsini istəmişik. Aramızda heç bir problem yoxdur, münasibətimiz davam edir”.

Qeyd edək ki, Günay özü “İkinci sayfa” verilişinə zəng vuraraq Tahanı oğlu Cihangiri döydüyü üçün özünümüdafiə məqsədilə bıçaqladığını boynuna almışdı.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: