Güllünün qızı məhkəmə öncəsi oğurluqda ittiham olunur
Türkiyəli müğənni Güllünün şübhəli ölümünə dair yeni faktlar üzə çıxıb. Anasını öldürməkdə ittiham olunan və hazırda həbsdə olan Tuğyan Ülkem Gülterinin oktyabrın 1-də keçiriləcək ilk məhkəmə iclası öncəsi keçmiş nişanlısı Kervan Eminoğlu tərəfindən dəhşətli iddialar irəli sürülüb.
Minval.info xəbər verir ki, Kervan Eminoğlunun sözlərinə görə, ana və qızı arasında gərginlik faciədən çox əvvəl başlayıb. Tuğyanın anasına qarşı böyük nifrət bəslədiyini bildirən Eminoğlu, onun tez-tez “Anam bizi atdı, məni nənəm böyütdü” dediyini vurğulayıb.
Dəhşətli hadisədən qısa müddət əvvəl Tuğyanın rəfiqəsi Çiğdemlə birlikdə müğənni Güllüdən 4 000 lirə oğurladığı iddiaları istintaq sənədlərində yer alıb. Bu hadisədən sonra müğənni Güllü mənzilinin qapısının kilidini və giriş şifrəsini dəyişdirərək qızını evə buraxmayıb.
Sentyabrın 22-də küçədə qalan Tuğyanın ona zəng etdiyini deyən Eminoğlu, qızın “Anam şifrəni vermir, evə gəlmə deyir. Bezdim artıq, həyatım məhv oldu” deyərək fəryad etdiyini bildirib. Tuğyanın bundan sonra 1,5 saatlıq video çəkərək anasını qardaşlarına şikayət etdiyi də ortaya çıxıb.
Müğənni Güllünün ölümündən bir il keçməsinə baxmayaraq, ortaya çıxan oğurluq iddiaları, dəyişdirilən şifrələr və sirr dolu mesajlar bütün diqqəti oktyabrın 1-də keçiriləcək ilk məhkəmə prosesinə yönəldib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Damla: Şou-biznesdə ögey övlad kimi təkləndim
Röya Ayxan: Toya qonaq yox, sənətçi çağırın
Cəmilə Tağızadə: İstanbulda gəlin idim, turist oldum
Niyaməddin Musayevin fotoşoplu şəkilləri tənqid olundu
Dilarə Əliyevadan qayınatasına duyğusal təbrik
Mehriban Xanlarova işsizlikdən TikTok-da təsəlli tapdı
Nikol Kidman qırmızı xalıda şəffaf geyimdə heyrətləndirdi