Röya Ayxan: Toya qonaq yox, sənətçi çağırın
Xalq artisti Röya Ayxanın son çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Populyar müğənni şəxsi tədbirlərə dəvətlərlə bağlı öz düşüncələrini bölüşərək, həmkarlarına səmimi müraciət edib.
Minval.info xəbər verir ki, Röya Ayxan ad günləri və toylarla bağlı dəvət olunmamasından heç bir narazılıq hiss etmədiyini bildirib. O, toylara qonaq kimi deyil, sənətçi olaraq dəvət edilməsinin daha uyğun olduğunu vurğulayıb.
“Ad gününə sizi çağırmayacağam, siz də çağırmayın. Heç birinizdən incimərəm, öpürəm sizi. Toylarınıza da qonaq kimi çağırmayın. Çağırsanız da, iş kimi dəvət edin, qonorarla. Şəxsən özümü çağırmayın. Məni bəzəyirlər, geyindirirlər, musiqiçilərim var”, – deyə Röya Ayxan bildirib.
Sənətçinin bu açıqlamaları sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalara səbəb olub və geniş müzakirə mövzusuna çevrilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!