“Avroviziya”da bayrağımızı tərs yapışdırdılar - FOTO
Xəbər verdiyimiz kimi, İsrailin paytaxtı Təl-Əvivdə təşkil olunan, “Dare to Dream” (“Arzulamağa cürət et”) şüarı ilə keçirilən “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı yekunlaşıb.
Gərgin gecədən sonra finala vəsiqə qazanan 10 ölkənin, eləcə də, Azərbaycanın təmsilçisi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Minval.info xəbər verir ki, bu anda ekrana ölkə təmsilçimiz Çingiz Mustafayevlə Azərbaycanın “Avroviziya-2019” mahnı müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmovanın görüntüsü gəlib.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
Kadrlarda mikrofonun üzərindəki Azərbaycan bayrağının tərs yapışdırıldığı diqqətdən yayınmayıb.
Qeyd edək ki, ikinci yarımfinal bitəndən sonra finalçıların çıxış sırasını müəyyən etmək üçün püşkatma mərasimi keçirilib. Püşkatmaya əsasən, Çingiz 20-ci nömrə altında çıxış edəcək. Ölkəmizi təmsil edən Çingiz Mustafayev mayın 18-də baş tutacaq böyük finalın ikinci hissəsində “Truth” mahnısını səsləndirəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"