Ağsu aşırımında sürüşmə: Yol bağlandı!
Ağsu aşırımında baş verən sürüşmə nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bəzi hissələrində asfalt örtüyü ciddi zədələnib. Yolun 147 və 149-cu kilometrlərində sürüşmə səbəbindən asfalt örtüyündə iri çatlar və yarğanlar yaranıb. Bu vəziyyət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarətində olan yolda təmir-bərpa işlərinin aparılmasına baxmayaraq, təkrar sürüşmələrə səbəb olub.
Minval.info xəbər verir ki, hazırda sürüşmə səbəbindən yolun təxminən 15 metrlik hissəsinin bir zolağı sürücülərin hərəkəti üçün bağlanıb və ərazi təhlükəsizlik məqsədilə lentlənib. Bakıdan Ağsu istiqamətində, eləcə də Ağsudan Şamaxı və Bakı istiqamətində hərəkət edən sürücülər alternativ zolaqlardan istifadə edirlər. Ümumilikdə, sürüşməyə meyilli ərazidə proses davam edir və sürüşmənin hər gün böyüdüyü bildirilir.
Yolun bir neçə nöqtəsində də çatlar müşahidə olunur ki, bu da sürücülər üçün əlavə təhlükə yaradır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vəziyyəti nəzarətdə saxlayır və lazımi tədbirləri görür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib