Maşın sayına görə Azərbaycan dünyada 112-ci yerdədir — Açıqlama
Azərbaycanda avtomobillərin sayı 2 milyon ədədə yaxınlaşır. Hazırda Azərbaycanda hər 1000 nəfərə təxminən 188 avtomobil düşür. Bu göstəriciyə görə ölkəmiz dünyada 112-ci yerdə qərarlaşıb. Hətta Liberiya və Botsvana kimi Afrika ölkələrində avtomobillərin əhaliyə nisbəti Azərbaycandan daha yüksəkdir. Buna baxmayaraq, Azərbaycanda şəhərlərdə yaranan tıxacların əsas səbəblərindən biri kimi avtomobillərin çoxluğu göstərilir və onların sayının azaldılmasına yönəlmiş tədbirlər müzakirə olunur.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin sədri Eyyub Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, bu say sadəcə statistikadır:
“Biz əslində çalışmalıyıq ki, bizim avtoparkımızın problemi bu gün avtomobillərin sayının az olması deyil. Bu gün bizim avtoparkımızda yaşı 10 ildən yuxarı, hətta 20 ildən yuxarı olan kifayət qədər köhnə avtomobillər var. Artıq son illərdə də bu istiqamətdə həm biz, Avtomobil Dilerləri Assosiasiyası olaraq, həm dövlət qurumları, ümumiyyətlə, özəl sektor və dövlət dialoqu çərçivəsində müxtəlif təkliflər veririk.
Dövlət qurumları da müxtəlif layihələri incələyir. Yəni əgər belə mühüm məsələyə baxsaq, biz ölkəmizin imici üçün avtomobil sayını çoxaltmalı deyil, parkımızda olan köhnə avtomobillərin sayını azaltmalıyıq.
Bu istiqamətdə də hazırda, bildiyiniz kimi, utilizasiya prosesi gedir, köhnə avtomobillər utilizasiyaya cəlb olunur, yeni avtomobillərin avtoparka daxil olması istiqamətində işlər görülür. Hətta son qərarlardan sonra, bildiyiniz kimi, taksi parkının demək olar ki, 80-90 faizi yeniləndi. Taksi parkında artıq yeni avtomobilləri müşahidə edirik.
O əlavə edib ki, biz öz inkişaf istiqamətimizi, avtomobillərin azlığı-çoxluğu ilə deyil, mövcud parkın daha yeni avtomobillərlə əhatə olunması, təmin olunması istiqamətində qurmalıyıq:
“Bu gün də bu, bizim əsas və vacib prioritetimiz olmalıdır. Yaşı 10 ildən yuxarı olan avtomobillər ölkəmizin imicinə də ziyan vurur, şəhərdə tıxacların yaranmasına da səbəb olur. Köhnə avtomobil yolda xarab olduqda artıq tıxaclar əmələ gəlir. Burada vətəndaşın vaxt itkisi, maliyyə itkisi baş verir. Yəni bu kimi hallar bir sıra problemlərə səbəb olur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı