Uşaqlar üçün ayaqqabı seçərkən bu səhvlərdən qaçın!
Məktəbli uşaqlar üçün ayaqqabı seçərkən valideynlər yalnız görünüş və qiymətə deyil, uşağın ayaq sağlamlığına da xüsusi diqqət yetirməlidirlər. Ayaqqabı yüngül, elastik və sürüşməyən altlığa malik olmalı, dabanı yaxşı sabitləndirilməli və hava keçirən materialdan hazırlanmalıdır. Ayaqqabı barmaqları sıxmamalı və uşağın tarazlığını qorumaq üçün ayaq əzələlərini gərməyə məcbur etməməlidir.
Minval.info xəbər verir ki, travmatoloq və uşaq ortopedi Nikolay Batsalenko məktəbli üçün ayaqqabı seçərkən diqqət edilməli olan əsas məqamları açıqlayıb. Onun sözlərinə görə, ayaqqabının burun hissəsi ilə ən uzun barmaq arasında təxminən 10-15 millimetr boşluq qalmalıdır. Bu məsafə yeriyərkən barmaqların ayaqqabının ucuna dəyməsinin qarşısını alır. Lakin həddindən artıq böyük ayaqqabı da təhlükəlidir: ayağın içəridə sürüşməsinə, qabarcıqlara və qeyri-sabit yerişə səbəb ola bilər.
Mütəxəssis ayaqqabının hər iki ayaqda, ayaqüstə və uşağın məktəbdə geyinəcəyi corabla yoxlanılmasını tövsiyə edir. Çox dar ayaqqabı barmaqları sıxır, böyük ayaqqabı isə uşağı ayağını daim içəridə saxlamağa məcbur edir. Hər iki halda uşaq daha tez yorula bilər. Ayaqqabının üst hissəsi üçün təbii dəri, tekstil və ya keyfiyyətli tor materiallar daha münasib hesab olunur. İçlik isə yumşaq, çıxarıla bilən və nəmi yaxşı hopduran olmalıdır.
İşlənmiş ayaqqabıdan istifadə yalnız istisna hallarda mümkündür. Bunun üçün ayaqqabı demək olar ki, geyinilməmiş, uşağın ölçüsünə uyğun və formasını itirməmiş olmalıdır. Yanlış seçilmiş ayaqqabı uşaqlarda qabar, dırnaq batması, ayaq ağrısı və yerişin dəyişməsinə səbəb ola bilər. Xüsusilə məktəbəqədər və ibtidai sinif yaşlarında uşaqların ayaqqabı ölçüsü bir neçə aydan bir yoxlanılmalıdır. Uşağın barmaqlarının ayaqqabının ucuna dəyməsini gözləmək düzgün deyil. Əgər ayaqqabı dəyişdirildikdən sonra da uşağın ayağında ağrı davam edirsə, tez-tez ayağı burxulursa və ya nəzərəçarpacaq şəkildə axsayırsa, ortopedə müraciət etmək tövsiyə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı