Zuğulba-Bilgəh velosiped zolağında avtomobil xaosu: Sürücülərə xəbərdarlıq edildi
Bakı şəhərinin Xəzər rayonu ərazisində, Zuğulba-Bilgəh istiqamətində yerləşən velosiped zolağında nəqliyyat vasitələrinin qanunsuz park edilməsi ilə bağlı yayılan görüntülər araşdırılıb və müvafiq tədbirlər həyata keçirilib.
Minval.info xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən yol hərəkəti qaydalarını pozaraq velosiped zolağında dayanma və parklanma edən sürücülər müəyyən edilib. Bu sürücülərə qarşı qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görülüb.
Sürücülərə bir daha xatırladılır ki, velosiped zolaqları yalnız velosipedlərin təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub və bu zolaqlarda avtomobillərin saxlanılması və ya park edilməsi qadağandır. Bu cür hallara qarşı nəzarət tədbirləri davam etdiriləcək.
Qeyd edək ki, Zuğulba ilə Bilgəh qəsəbələrini birləşdirən yolda salınmış velosiped zolağının avtomobillər tərəfindən zəbt edilməsi ilə bağlı görüntülər yayılıb. Velosiped həvəskarlarının bildirdiyinə görə, sanatoriyaların və istirahət mərkəzlərinin yerləşdiyi bu istiqamətdə, yolun sağında velosipedçilər üçün nəzərdə tutulmuş xüsusi zolaq parkinqə çevrilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib