19.02.2018 - 17:57
Ölkə 1 baxış

Ziya Məmmədovun qardaşı yanan villadan DANIŞDI: "Özləri yanıb külə dönsün...”

“Evin bağbanı yaşayan balaca bir butka yanıb”.

Minval.info xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Elton Məmmədov keçmiş əqliyyat naziri Ziya Məmmədovun İsmayıllı rayonunun Buynuz kəndində yerləşən villasında baş verən yanğından danışarkən deyib. O, bu yanğın hadisəsinin baş verməsində həmin evdə yaşayan bağbanı günahlandırıb:

“Hamısı bağbanın səhlənkarlığıdır. Nə villa? Yalandır. Olmayan bir məlumatdır. Heç düşmənə də arzulamıram ki, evi yansın. Azərbaycanlıyıq, ən azı bir təəssüf hissi olmalıdır. Onların özləri yanıb külə dönsün”.

Qeyd edək ki, İsmayıllı rayonunda fərdi yaşayış evi yanıb. Rayonun Buynuz kəndində qeydə alınan yanğın keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilir.

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: