Zibilliyə qərq olan Buzovnanın dərdi bitmir - FOTO
Bakının Buzovna qəsəbəsində zibilliyə qərq olan geniş ərazidəki problem ictimailəşdirildikdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məsələyə dərhal reaksiya verilib.
Bildirilib ki, nazirlik tərəfindən aidiyyəti qurumlara ərazinin təmizliyinə nəzarət edilməsi barədə tapşırıqlar verildi.
Lakin, görünən mənzərə onu deməyə əsas verir ki, bəzi strukturlar nazirliyin təlimatlarına məhəl qoymurlar. Bir neçə gün əvvəl geniş təmizlik işləri aparılan ərazidə yenidən məişət tullantıları toplanıb.
Yerli camaat Buzovna qəsəbəsi, Haşımbəy Saqib küçəsini cəmi bir həftə təmiz görə bildiyini deyir. Bu gün çəkilən fotolardan görünür ki, artıq ərazidə vəziyyət əvvəlkindən də bərbad haldadır. Sakinlərin sözlərinə görə, yenə də yük maşınları əraziyə məişət tullantıları tökməyə davam edirlər:
“Ərazidə təmizlik işləri aparılsa da, sözügedən yerdən 100-200 metr sağ və sol tərəfdə yenidən zibillər yığılıb. Əvvəl bu ərazinin ətrafı hasarlanmışdı. Lakin sonradan hasar dağıdıldı. Ərazinin təmizliyinə nəzarət edən yoxdur. Nə qədər ki, yaxınlıqda nəzarət postu qurulmayıb təmizlikdən söhbət belə gedə bilməz. Yalnız bura zibil atanlar yerindəcə cərimələnib aidiyyəti qurumlara təhvil verildikdən sonra, ərazini təmiz saxlamaq mümkün ola bilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır