Zelenski Vaşinqtona gedib

Prezidentinin ABŞ-a işgüzar səfəri başlayıb
Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona işgüzar səfər edib. Minval.info xarici mediaya istinadən bildirir ki, Zelenski sentyabrın 1-də ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.
“Ukrayna Prezidenti və birinci xanım Yelena Zelenskaya Prezident Cozef Baydenin dəvəti ilə ABŞ-a işgüzar səfərə gəliblər. Səfərin gündəliyinə liderlərin təkbətək və nümayəndə heyətlərinin geniş tərkibdə görüşləri daxildir”, – deyə məlumatda qeyd edilir.
Ukrayna Prezidentinin ofisindən qeyd edilib ki, Zelenskinin ABŞ məmurları ilə bir sıra mühüm görüşləri də nəzərdə tutulur: “Ukrayna və ABŞ nümayəndələri bir sıra sənədlər imzalayacaqlar”.
Səfər proqramı bir neçə günü əhatə edir və Ukrayna Prezidenti bu müddətdə ABŞ-ın Şərq və Qərb sahillərindəki şəhərlərə gedəcək, Kaliforniyada Amerika biznesmenləri ilə görüşəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi