Zelenski: “Ukrayna Silahlı Qüvvələri Baxmutu müdafiə edəcək”
“Baxmut o qədər də böyük şəhər deyil, lakin Ukrayna üçün onu qorumaq vacibdir. Eyni zamanda nəyin bahasına olursa olsun”.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunları Ukrayna lideri Volodimir Zelenski İtaliyanın “Corriere della Ser” qəzetinə müsahibəsində deyib.
“Nə qədər ki, ağlabatandırsa, müdafiə edəcəyik, rusiyalılar sonra bacarsalar, Kramatorsk və Slavyansk, Donbas sərhədlərinə və Dneprə qədər davam etmək istəyəcəklər. Biz müqavimət göstəririk və bu arada növbəti əks-hücum üçün də hazırlaşırıq”, – V.Zelenski izah edib.
O, qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin münaqişəni uzatmaq planlarına baxmayaraq, Ukrayna qısamüddətli müharibəyə və qələbəyə hazırlaşır.
“Nə qədər tez olsa, qurbanlarımız da bir o qədər az olar. Əsgərlərimiz daha həvəslidirlər, çünki onlar öz ailələrini, evlərini qoruyurlar. Digər tərəfdən görürük ki, Moskvaya qarşı iqtisadi sanksiyalar böyük köməkdir, bizə təşkilatlanma üçün vaxt və məkan verir”, – Ukrayna Prezidenti əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kiyev Rusiyanın İHA hücumuna məruz qaldı
Kolumbiyada 7,6 ton kokain ələ keçirildi
Mark Zukerberqin sərvəti təhlükədə: Silikon Vadisindən köçə bilmir
Avropa İttifaqında elektrik avtomobillərinin satışı 73% artıb
ABŞ və İran arasında gərginlik: Tramp danışıqların olmadığını deyir
Kölələri əmlak sayan qanun rəsmən ləğv edilir