Zelenski əsəbiləşdi: Mənsiz qərar qəbul etməyin!
Baş Qərargahdan hərbi xidmətə cəlb olunanlar, çağırışçılar və ehtiyatda olanlar üçün hər hansı icazənin alınması proseduruna aydınlıq gətirilməsini tələb edirəm.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Vladimir Zelenski deyib.
“Ukraynanın müdafiə nazirinə, Baş Qərargah rəisinə və Silahlı Qüvvələrin baş komandanına göstəriş verdim ki, sabah mənə hərbi qulluqçular, çağırışçılar və ehtiyatda olanlar üçün hər hansı icazənin alınması prosedurunun təsdiqi ilə bağlı qərarın bütün təfərrüatını bildirsinlər. Baş Qərargahdan xahiş edirəm ki, gələcəkdə mənsiz belə qərarlar qəbul etməsinlər”, – deyə dövlət başçısı bildirib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, Ukraynada hərbi mükələffiyətlilərin yaşayış yerini tərk etmələri ilə bağlı hərbi rəhbərlikdə müəyyən anlaşılmazlıqlar yaranıb. Belə ki, Baş Qərargah, Silahlı Qüvvələr Komandanlığı sözügedən kateqoriyaya aid vətəndaşların xüsusi icazə ilə yaşayış rayonunu tərk edə biləcəyini açıqlayıb.
Lakin sonradan Ukrayna SQ-nin Baş Qərargahının Şəxsi Heyət Baş İdarəsinin nümayəndəsi Aleksandr Xlıs deyilənləri təkzib edərək, icazənin gərəkmədiyini söyləmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda