Zelenski İlan adasının azad olunmasını şərh edib
Ukrayna Prezidenti Volodimir Zelenski İlan adasının azad edilməsinə münasibət bildirib.
“Report”un məlumatına görə, dövlət başçısı bu barədə axşam videomüraciətində bildirib.
“Şübhəsiz ki, bu gün əsas söz “İlan”dır. Görünür, Rusiya gəmisi ora çatan gün də “İlan”dan o qədər danışıblar. Sonra gəmi həmişəlik yola düşüb, indi isə ada yenidən azad edilib. Mən Baş Kəşfiyyat İdarəsinə, “Alfa” döyüşçülərinə, topçularımıza, ordu aviasiyasına və Hərbi Hava Qüvvələrinin pilotlarına minnətdaram”, – dövlət başçısı qeyd edib.
Dövlət başçısı İlan adasının strateji məntəqə olduğunu və onun azad edilməsinin Qara dənizdəki vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirdiyini vurğulayıb.
“Bu, hələ təhlükəsizliyə, düşmənin geri qayıtmayacağına zəmanət vermir. Ancaq işğalçıların hərəkətlərini xeyli məhdudlaşdırır. Onları addım-addım dənizimizdən, torpağımızdan, səmamızdan sıxışdırıb çıxaracağıq”, – Zelenski əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Üzeyir Cəfərov əsəbləşdi -"Rusbaş GƏDƏÇƏLƏR...!"
Britaniyada gözəllik kraliçası həbs olundu - İŞİD-ə maliyyə yardımı göstərib
Tbilisidə rus deputatları qovurlar: “Rədd olun ölkədən!” – Video
Azərbaycanda maaş və pensiyalar artacaq? - "Hökumət ilin ortasında..."
Rəfiqəsi ilə nişanlısının intim mesajlarını görən qadın dəhşət saçdı - FOTO
Sabah hava yağmursuz keçəcək
Tovuzdakı mövqelərimiz atəşə tutuldu