"Zelenski bütün Ukraynanı azad etmək tapşırığı qoyub"
Ukrayna Prezidenti Volodimir Zelenski hərbçilərin qarşısına bütün ölkəni azad etmək tapşırığı qoyub.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib.
“Söhbət təkcə Xerson vilayətindən deyil, bütün ölkənin işğaldan azad edilməsindən gedir. Və Prezident hərbçilərimizin qarşısına bu cür tapşırıq qoyub. Əlbəttə ki, biz bütün əraziləri birdən azad edə bilmərik, bu, sadəcə olaraq, zaman məsələsidir”, – Danilov qeyd edib.
Onun sözlərinə görə, Xerson yaxınlığındakı Rusiya anbarlarında baş verən partlayışlar yüksək dəqiqlikli silahların işidir.
“Rusiyanın vəzifəsi bir ölkə olaraq bizi, ali siyasi rəhbərliyi məhv etmək və ölkəmizin mövcudluğunu dayandırmaqdır”, – Danilov əlavə edib.
Xatırladaq ki, daha əvvəl müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Prezident Ukraynanın cənubunun işğaldan azad edilməsi barədə göstəriş verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ