04.05.2022 - 11:21
Siyasət 2 baxış

Zaxarova Lavrovun Hitlerlə bağlı sözlərinə aydınlıq gətirdi

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Sputnik radiosunun efirində gündəmlə bağlı diqqətçəkən açıqlamalar verib.

Modern.az xəbər verir ki, o, Rusiya XİN rəhbəri Sergey Lavrovun Adolf Hitlerin milliyəti ilə bağlı çıxışına münasibət bildirib.

Zaxarovanın sözlərinə görə, Lavrovun kontekstlə əlaqəsi olmayan sözlərini mühakimə etmək olmaz:

“Uzun illərdir ki, Rusiya Ukraynada neonasizmin təzahürlərinə işarə edir. Volodimir Zelenski isə öz milliyyətinə istinad edərək bunun mümkünsüzlüyünü bəyan edir. Bununla əlaqədar olaraq Sergey Lavrov Hitlerin milliyyətinə toxunub və onun da səhv edə biləcəyini bildirib”.

Qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov İtaliya mətbuatına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenskini Adolf Hitlerlə müqayisə edib. O, xüsusən də Zelenskinin yəhudi mənşəli olmasına diqqət çəkib. Lavrov iddia edib ki, Hitlerdə də yəhudi qanı olub. XİN başçısının bu fikirləri İsraildə etirazla qarşılanıb. Rəsmi Təl-Əviv Rusiya XİN başçısından üzr istəməsini tələb edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: