Zaqatalada gecə saatlarında dəhşətli qəza: 17 yaşlı sürücü və sərnişinlər xəsarət aldı
Zaqatalada baş verən avtomobil qəzası nəticəsində dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan biri ağır vəziyyətdədir.
Minval.info xəbər verir ki, hadisə gecə saatlarında Qax-Zaqatala avtomobil yolunun Yuxarı Tala kəndi ərazisində baş verib. 17 yaşlı Məhərrəm Rasim oğlu Ramazanovun idarə etdiyi “Lada Priora” markalı avtomobilin idarəetməsini itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarına aşıb.
Qəza nəticəsində sürücü Məhərrəm Ramazanov və avtomobildə olan sərnişinlər – 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov, 17 yaşlı Sənan Kamil oğlu Şabanov və 22 yaşlı Qismət Hikmət oğlu Əliyev müxtəlif xəsarətlər alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Korpusuna yerləşdirilib. Tunar Ramazanovun vəziyyəti ağır, digər yaralıların vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib