Zaqatala Dövlət Təbiət Qoruğununda yanğın baş verib
Zaqatala Dövlət Təbiət Qoruğununda yanğın baş verib.
Musavat.com APA-a istinadən xəbər verir ki,, bu gün saat 16 radələrində Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu Qullar kənd inzibati ərazisinin yaxınlığından keçən hissəsinin dağətyi ərazisinin 1 saylı dolayında qoz bağında yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində qoz bağının 0,3 hektar sahəsində quru ot, xəzəl və kol-kos yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib