Zamiq öz yalanını özü açdı: "Etiraf edirəm ki..."
Müğənni Zamiq Hüseynov ata olub.
Minval.info xəbər verir ki, sənətçi mətbuata açıqlama yayaraq bir müddət əvvəl evləndiyini, 1 ay bundan əvvəl oğlunun dünyaya gəldiyini etiraf edib: “Mənə tez-tez ailəmlə, şəxsi həyatımla bağlı suallar ünvanlanır. Mediada olan bütün dostlarım bilir ki, özəl həyatımla bağlı danışmağı sevmirəm. Bu, təkcə özümə aid deyil, eyni zamanda, valideynlərim, yaxınlarım və qohumlara da aiddir. Bir müddətdir ki, ata olub-olmamağım həm saytlarda, həm də sosial şəbəkələrdə müzakirə olunur. Əzizlərim, ümid edirəm ki, məni başa düşərsiz ki, şəxsi həyatımı gizlətmək, bu barədə danışmamaq kimi bir haqqım var. Bu mənim xarakterimdən irəli gələn bir məsələdir.
Bəli, bu gün isə etiraf edirəm. Mən rəsmi şəkildə bir müddət əvvəl ailə qurmuşam. Və bu nikahdan bir aya yaxındır ki, oğlum Zeyn dünyaya gəlib.
Bilirəm, bu xəbərə sevinənlər çoxdur, amma mən yalnız yaradıcılığımla müzakirə olunmağı sevdiyim üçün, sizdən ata olmağım və ailəmlə bağlı mövzularda həssas davranmağınızı xahiş edirəm”.
Qeyd edək ki, bi müddət öncə xalq artisti Röya Zamiqin ata olacağını açıqlasa da, ifaçı həmkarının yalan danışdığını bildirmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldonun sevgilisi məşhur jurnalın üz qabığında - Fotolar
“Mən pis təkliflərə görə Röya olmuşam?” - Röya Ayxan
Röya Ayxan: “İlk dəfə qapalı paltar geyindim, əynimdə cırdılar”
“Röyanın badına getdim...” - Natavandan şok etiraf
Azərbaycan pambıq mahlıcı ixracını kəskin artırıb