Vüqar Süleymanov maaş verəcəyini söz versə də… -İttiham

“Akkord” tikinti şirkəti Azərbaycanın ən böyük şirkətlərindən biridir. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti 2005-ci ildə təsis edilib. Təkcə ölkəmizdə bir çox layihə bu şirkətə verilib, böyük tenderlərin qalibi elan edilib.

Şirkətin tikdiyi yaşayın binalarına görə yetərincə narazılıqlar da olub. Evləri sökülən sakinlər, pulları düzgün ödənməyən mülk sahibləri… İndi isə şirkət öz işçilərinin pulunu ödəməkdən yayınır.

Belə ki, ötən ilin son ayında Vüqar Süleymanov “Akkord STİK” ASC-nin baş direktoru vəzifəsinə təyin olunub. İşçilər isə rəhbərlikdən olduqca narazıdırlar. Onlar bu barədə Minval.info-ya verdiyi məlumatda bildiriblər.

Vüqar Süleymanov: Akkord-un Baş Direktoru olduğum üçün qürur duyuramŞikayətçi şirkət əməkdaşlarının sözlərinə görə, artıq 6-cı aya keçib ki, nə ofisin, nə də layihələrdə iştirak edən işçilərin əmək haqqları verilmir: “İlin əvvəlindən 15.07.2021-ci il tarixinə qədər, yəni Qurban bayramına görə maaş veriləcəyinə söz verilsə də, yenə hər kəsi aldadaraq heç kimə maaş verilmədilər.

Hələ bu azmış kimi, şirkətdə vəsait olduğu halda 1 milyon dollara asfalt basan və 4 ədəd asfalt hamarlayan maşın alındı və üstəlik Qurban bayramında maaş vermədiyi dönəmdə işçilərə alınan texnikaların dəyərini və şəkillərini email ünvanlarına göndərməyi əmr edib. Bu da birbaşa işçilərin hüquqlarının pozulmasıdır. Hətta daha artığı, onları ələ salmaqdır”.

Məlumatda qeyd edilir ki, problem sadəcə Azərbaycanda deyil, şirkətin xarici layihələrində də maaşlar verilmir: “Xaricdə işləyən işçilər də qalıb Qazaxıstanda, Gürcüstanda, Özbəkistanda… Maaş ala bilmədiklərinə görə nə bilet ala, nə də evlərinə qayıda bilirlər. Bunların hamısının səbəbkarı Vüqar Süleymanovdur. Ancaq özünün anlaşdığı şirkətlərlə iş birliyi edir, onlara pul köçürür və şirkət adından alış-veriş edir. Etdiyi alış-verişdən də öz payını götürüb oliqarx həyat sürür. Qazaxıstanda villaları, en son model “Lexus” maşını var. Hazırda 1 aydan çoxdur Türkiyədə dincəlir və şirkəti xaricdən idarə edir.”

Məsələ ilə bağlı şirkətlə əlaqə saxlamağa çalışsaq da, günlərdir telefona cavab verən məsul şəxs tapa bilmədik.

Əvvəllər isə “Akkord” şirkətinin arxasıda keçmiş prokuror Zakir Qaralarovun dayandığı iddia olunurdu. O, vəzifədə olanda Akkord “yüksək” səviyyədə xidmət göstərirdi. Onu işdən çıxardılar və nəticədə Akkord çökdü. Təbii ki, bu da kinayədir.

Yerli mətbuatda Qaralov haqqında ağ xəbər demək olar ki, yoxdur. Haqqında elə soyadı kimi ancaq qara xəbərlər var. Məsələn, iddia olunur ki, Zakir Qaralov Baş prokurorluqdakı kabinetini “Akkord” şirkətinin ofisi kimi istifadə edirmiş. Təsəvvür edirsiniz, Baş prokuror tikinti biznesi ilə məşğul olur və bunu gizlətmir də.

Zakir Qaralov da toyda olub - FOTO

Zakir Qaralov Baş prokurorluqdan çox Akkord şirkətinin tikinti meydançalarında olur, haqq-hesabları yazır və ayın sonunda pulları qəbul edirdi. Təbii ki, yeyintilər də öz yerində.

Digər bir məlumata görə, Zakir Qaralov Beynəlxalq Bankdan götürdüyü təxminən 700 milyon manat vəsaiti hələ bu gün də geri qaytarmayıb. Buna görə, Qaralovla qaynı əlbəyaxa olublar.

Anar Əhmədli

Minval.İnfo