16.11.2021 - 10:41
Ölkə
21 baxış
Zəngəzur yollarında hazırda vəziyyət necədir?
Xəbər verdiyimiz kimi, Azərbaycan tərəfi sərhəd-gömrük nəzarətinin həyata keçirilməsi üçün Gorus-Qafan yolunun əvvəlcə Qubadlının Eyvazlı və Çayzəmi kəndləri arasından keçən hissəsində, daha sonra isə Qafan-Çakaten yolunun nəzarəti altında olan hissəsində nəzarət-buraxılış məntəqəsi qurub. Minval.info-nun Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, sözügedən tədbirlər nəticəsində Zəngəzur bölgəsindən 6 erməni kəndi təcrid vəziyyətində qalıb. Bunlar Çakaten, Sraşen, Şikaox, Nerkin And, Çav və Şişkert kəndləridir.
Ermənistan mediası yazır ki, hazırda bu kəndlərə Qafan-Mehri dövlətlərarası avtomobil yolu ilə getmək mümkün deyil. Oraya yalnız uzun dolama yol qət edərək getmək mümkündür.
Bütün bunlar isə ölkənin Baş naziri Nikol Paşinyanın “Zəngəzur Dəhlizi” anlayışından nə dərəcədə qorxmasından irəli gəlir.
Xatırladaq ki, Nikol Paşinyan bir neçə gün əvvəl hökumətin iclasında Azərbaycan tərəfinin Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqələri quraşdırmasına münasibət bildirib. Paşinyan qeyd edib ki, erməni tərəfi sözügedən yollardan heç bir maneəsiz istifadə edə bilsə, bu, “dəhliz məntiqi”nə uyğun olardı. Hansı ki, onun sözlərinə görə, Ermənistan üçün qəbuledilməzdir. Bu isə o deməkdir ki, belə olduğu təqdirdə Azərbaycan da Naxçıvana rahatlıqla hərəkət imkanı əldə etmiş olardı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
19.09.2026 - 14:22
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
19.09.2026 - 14:15
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
19.09.2026 - 13:33
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
19.09.2026 - 12:51
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
19.09.2026 - 12:37
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
19.09.2026 - 12:16
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!
19.09.2026 - 12:09
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı başladı
19.09.2026 - 11:48