“Zəngəzur dəhlizinin yaradılması üzrə işlər artıq aparılır”

“Azərbaycanın qərb rayonlarını Naxçıvan ilə birləşdirən yeni nəqliyyat yolu sayəsində Türkiyə üzərindən Avropa bazarlarına yol formalaşacaq”.
“Minval.info” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə verdiyi müsahibəsində Zəngəzur dəhlizi barədə danışarkən deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi, həmçinin Türkiyədən Mərkəzi Asiya ölkələrinə aparan yol da olacaq və bununla da Ankara üçün yeni imkanlar yaranacaq.
XİN başçısı bildirib ki, Zəngəzur dəhlizinin yaradılması üzrə işlər artıq aparılır: “Regionda avtomobil və dəmir yolu əlaqələrinin bərpası lazımdır. Ermənistanın işğalı dövründə Azərbaycanın bir neçə bölgəsində yollar dağıdılıb. Azərbaycan onların bərpasına başlayıb. Üçtərəfli bəyanatın bəndləri yerinə yetirilərsə, o zaman dəhlizin açılması çox vaxt tələb etməyəcək. Dəhlizin açılmasının dəqiq tarixini demək hələ tezdir, lakin proses çətinliklə də olsa davam edir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!