Zəlzələ nəticəsində dağılan evlər sökülür - Fotolar
Şamaxı rayonunda zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərin söküntüsünə başlanılıb.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə, icra nümayəndələrindən ibarət komissiyaya müraciət edilən 1484 evdən bu günə kimi 375-nə baxış keçirib.
Məlum olub ki, 41 ev tamamilə yaşamaq üçün yararsızdır. Eyni zamanda, 135 evin bərpasına, 42 evin təmirinə ehtiyac var. Daha 87 ev isə qənaətbəxş hesab edilib.
Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə – İsmayıllı ərazisində zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.
Prezident İlham Əliyev fevralın 7-də zəlzələnin baş verdiyi Şamaxı rayonuna baş çəkib, zərər dəymiş evlərin sakinləri ilə görüşüb.
Dövlət başçısının sərəncamı ilə baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.









Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kərə yağı adı ilə satılan yağlarla bağlı rəsmi açıqlama
Sumqayıtda 29 yaşlı şəxs evində ölü tapıldı
Sürücünü təhqir edib, üzünə tüpürdü - VIDEO
Prezident İlham Əliyev sərəncam imzalayıb
Bakıda torpağın qiyməti ucuzlaşır
Gəncənin daha bir idarə rəisi işdən çıxarıldı
“Sarı zolaq”a görə çox az sürücü cərimələndi