Yüzdən çox Azərbaycanlı Gürcüstana buraxılmadı - SƏBƏB
Yanvar ayında 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb.
“Minval.info” Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib.
Yanvarda qonşu ölkəyə ümumilikdə 1587 xarici vətəndaşın girişinə qadağa qoyulub.
Gürcüstana buraxılmayan xarici vətəndaşlar arasında İran vətəndaşları 576 nəfərlə birinci yeri tutub. İkinci yerdə isə Hindistan vətəndaşlarıdır. Keçən ay bu ölkənin 366 vətəndaşı Gürcüstana buraxılmayıb.
Üçüncü yerdə Azərbaycan gəlir. Hesabata əsasən yanvarda Türkiyənin 116, Türkmənistanın isə 72 vətəndaşı ölkəyə buraxılmayıb.
Qonşu ölkəyə girişlə bağlı qadağanın tətbiq olunduğu Rusiya vətəndaşlarının sayı 58, Ermənistan vətəndaşlarının sayı 50, Özbəkistan vətəndaşlarının sayı 44, Pakistan vətəndaşlarının sayı 28, Misir vətəndaşlarının sayı 16, İraq vətəndaşlarının sayı 15, Qırğızıstan vətəndaşlarının sayı 13, Qazaxıstan vətəndaşlarının sayı isə 11 nəfər təşkil edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!