“Yuventus” - “Napoli” oyununda 7 qol vuruldu - VİDEO
Avqustun 31-də futbol üzrə İtaliya A Seriyasının ikinci turuna start verilib.
Son çempion “Yuventus” ötən il A Seriyanı ikinci pillədə başa vuran “Napoli”ni qəbul edib. “Allianz” stadionunda baş tutan görüşdə 7 qol vurulub. Görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Turin təmsilçisinin heyətində Danilo, Kriştiano Ronaldo, Kalidou Kulibali (avtoqol) və Qonsalo Hiquain, neapolluların heyətində isə Kostas Manolas, Hirvinq Lozano və Jovani Di Lorenzo fərqləniblər.
Günün digər oyunda “Milan” “Breşiya” komandasını minimal hesabla məğlub edib (1:0).
Qeyd edək ki, turun digər oyunu sentyabrın 1-2-də keçiriləcək. (Azertag.az)
https://www.youtube.com/watch?v=YCrD2RlipAg
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı