Yurçeviç Səlahət Ağayevdən imtina edir
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçiriləcək oyunda heyətlə bağlı bəzi dəyişiklər etməyə hazırlaşır.
Əsas dəyişiklərdən biri qapıçı mövqeyi ilə bağlıdı. Belə ki, xorvatiyalı mütəxəssis bir neçə gün öncə baş tutan Uelslə matçda buraxılan qollar zamanı kobud səhvləri ilə yadda qalan Səlahət Ağayevdən imtina etməyə hazırlaşır. O, millinin əsas qapıçısı kimi Emil Balayevi sınamaq istəyir.
Bu fikirdə Dmitri Kramarenkonun da Yurçeviçlə həmrəy olduğu bildirilir. Hətta Kramarenko müəyyən dairələrdə Balayevi indidən millinin 1 nömrəsi kimi hazırlamaq gərəkdiyini bildirib.
Futbol ictimaiyyəti də Kamran Ağayevin millidən kənarda qalmasından sonra çərçivənin yalnız Səlahət Ağayevə həvalə olunmasından narazıdı. “Neftçi”nin qolkiperi ilə müqayisədə hazırda Qazaxıstanın “Tobol” klubunda legioner həyatı yaşayan, mütəmadi oyun praktikasına malik Emilin millidə oynamağı haqq etdiyi qeyd olunur.(Sportlife.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı