Yunis Səfərovun həbs müddəti uzadılıb
Nəsimi Rayon Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazovu öldürməyə cəhddə təqsirləndirilən Yunis Səfərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
ONA-nın xəbərinə görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Y. Səfərovun həbs müddəti avqustun 3-dək uzadılıb.
Qeyd edək ki, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.
Rəsmi məlumata görə, Gəncə hadisələri ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 12 nəfər barəsində axtarış elan olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah dumanlı hava olacaq - PROQNOZ
Bakı metrosunda yeni stansiya - “8 Noyabr”
Çovdarovun həbsini dələduzluq alətinə çevirən MMC rəhbəri haqda şok faktlar
Sürücülərə şad xəbər
İki günlük qadağada zibil də atmaq olmaz - Rəsmi
Röyanın bu qolbağı bir ev qiymətinədir - Fotolar
Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 3 600-ü keçib