17.08.2026 - 21:07
Hadisə 27 baxış

Yunanıstanda helikopter faciəsi: Sifnos adasında üç nəfər həyatını itirdi

Yunanıstanın Sifnos adasında baş verən helikopter qəzası nəticəsində üç nəfər həyatını itirib. Egey dənizində yerləşən adada kiçik şəxsi helikopterin qəzaya uğraması faciə ilə nəticələnib.

Minval.info xəbər verir ki, ilkin məlumatlara əsasən, helikopter yerə çırpıldıqdan sonra yanmağa başlayıb. Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları alovu söndürməyi bacarıb.

Helikopter Tolos bölgəsindən havaya qalxdıqdan qısa müddət sonra yaşayış məntəqəsinə düşüb. Pilot və iki sərnişinin kimliyi hələ müəyyən edilməyib. Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: