17.08.2026 - 21:52
İqtisadiyyat 18 baxış

Yükdaşıma şirkətindən maaşını ala bilməyən sürücü: “188”dən cavab gözləyirəm!

Azcargo Logistics and Management Services MMC – “188” yükdaşıma şirkəti, keçmiş əməkdaşlarından biri olan Sahib Mirzəyevin əmək haqqını tam ödəmədiyi üçün ittiham olunur.

Minval.info xəbər verir ki, Mirzəyev şirkətdə sürücü kimi fəaliyyət göstərdiyi müddətdə əmək haqqının tam ödənilmədiyini iddia edir. Onun sözlərinə görə, fevral ayında işə başladığı şirkətdə müqavilə müddəti bitdikdən sonra yenilənməmiş və maaşı 450 manat olmasına baxmayaraq, yalnız 776 manat ödənilib.

Mirzəyev, aprel ayında maaşını tam ala bilmədiyini gördükdən sonra işdən ayrılmaq qərarına gəlib. Lakin “188” yükdaşıma şirkəti onun müqaviləsini hələ də xitam vermədiyi üçün yeni iş yerində fəaliyyətə başlaya bilmir. O, bu məsələ ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq, şirkətdən cavab ala bilmədiyini bildirir.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən verilən məlumata görə, Sahib Mirzəyevin müraciəti 17 avqust 2026-cı il tarixində qəbul edilib və araşdırma başlanılıb. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat veriləcəyi qeyd olunub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: