Yoluxma kəskin artıb: İctimai nəqliyyat qadağası da işə yaramadı - VİDEO
Koronavirusun əlamətlərində və gedişatında dəyişikliklər baş verib.
Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.
“Sentyabr-dekabr aylarında yazdığımız müalicələrə bu gün başqa cür reaksiya verilir. Virusun hər hansı mutasiya uğraması prosesi baş verib və nəticədə o, xəstəliyin simasını və insanların müalicəyə reaksiyasını dəyişdi”, – deyə o bildirib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
A. Axundov onu da qeyd edib ki, ölkədə yoluxma sayının artmasının əsas səbəbi ictimai nəqliyyat deyil:
“Deyirdilər ki, yoluxma sayının artmasının əsas səbəbi ictimai nəqliyyatdır. Bəs bayram günlərində avtobuslar işləmədiyi halda yoluxma sayının artması səbəbi nə idi?! Bu, onu göstərir ki, ictimai nəqliyyat yoluxma sayının artmasında yalnız səbəblərdən biri ola bilər, heç vaxt əsas səbəb ola bilməz”.
https://youtu.be/OU_DZsJeLL0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda