02.10.2026 - 18:53
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
RƏSMİ 3 baxış

Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?

Valideyn himayəsindən məhrum olan uşaqların ailə qayğısı ilə təmin edilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir. Bu uşaqların təhlükəsiz və sabit bir ailə mühitində böyümələrinə şərait yaradılması məqsədilə müxtəlif layihələr həyata keçirilir. Uşaqların övladlığa verilməsi və himayədar ailələrə yerləşdirilməsi sahəsində işlər görülür.

Minval.info xəbər verir ki, Sosial Xidmətlər Agentliyi (SXA) bu məsələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi vasitəsilə fəaliyyət göstərir. Bu sistem müraciətlərin qəbulu və qiymətləndirilməsi prosesində şəffaflığı və operativliyi təmin edir.

Uşaqların sosial xidmət müəssisələrinə yerləşdirilməsinin qarşısının alınması və onların ailə mühitində böyüməsinin dəstəklənməsi 2022-ci ildən etibarən Nazirlik tərəfindən həyata keçirilir. Hər bir uşaq üçün Fərdi İnkişaf Planı hazırlanır və onların ehtiyaclarına uyğun qayğı forması müəyyənləşdirilir.

Bu il ərzində 160 uşaq sosial xidmət müəssisələrinə yerləşdirilib. Eyni zamanda, 88 uşaq ailə himayəsinə qaytarılıb və 261 uşağın sosial xidmət müəssisəsinə yerləşdirilməsinin qarşısı alınıb. Müəssisələrdə yaşayan 9 uşaq himayədar ailəyə, 24 uşaq isə övladlığa verilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: