27.10.2026 - 13:24
Niderlandda həkimdən şok əməl: 49 uşağın bioloji atası olduğu ortaya çıxdı
Qalmaqal 204 baxış

Niderlandda həkimdən şok əməl: 49 uşağın bioloji atası olduğu ortaya çıxdı

Niderlandda on illər əvvəl analarının hamilə qalmasına kömək edən həkimin əslində onların bioloji atası olduğu məlum olub. Baku.ws-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu qalmaqallı hadisə məhkəmə prosesi və DNT analizləri nəticəsində üzə çıxıb.

Niderlandda baş verən bu hadisə süni mayalanma sahəsində tibbi etika və pasiyent hüquqları ilə bağlı ciddi suallar doğurub. Reproduktoloq Yan Karbaatın ən azı 49 nəfərin bioloji atası olduğu müəyyən edilib. O, uzun illər müxtəlif xəstəxanalarda çalışdıqdan sonra özəl klinikasını açıb və burada övlad sahibi olmaqda çətinlik çəkən cütlüklərə donor sperması ilə süni mayalanma prosedurunu təklif edib.

Bu prosedur zamanı qadınların hamilə qalması üçün anonim donordan alınan sperma istifadə edilir. Donorun seçimi zamanı isə onun boyu, göz rəngi və digər irsi xüsusiyyətləri nəzərə alınır. Lakin Karbaatın bəzi hallarda anonim donorların sperması əvəzinə öz bioloji materialından istifadə etdiyi iddia edilib. Bu ittihamları rədd edən Karbaatın həqiqətən həmin uşaqların bioloji atası olub-olmadığını müəyyənləşdirmək üçün DNT analizləri tələb olunub.

2017-ci ildə bir qrup donor mənşəli uşaq və onların valideynləri Karbaata qarşı məhkəməyə müraciət ediblər. Lakin Karbaat həmin ilin aprelində vəfat edib. Buna baxmayaraq, məhkəmə prosesi davam etdirilib və hakimlər həkimin evində onun DNT-sinin qala biləcəyi əşyaların götürülməsinə icazə veriblər. Nəticədə, 49 nəfərin Yan Karbaatın bioloji övladı olduğu təsdiqlənib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: