04.10.2026 - 12:25
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
RƏSMİ 2 baxış

Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi, Cəbrayıl rayonuna köçmüş sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində fəaliyyətlərini davam etdirir. Bu barədə məlumat nazirlikdən Baku.ws-ə verilib.

Minval.info xəbər verir ki, artıq 1020-dən çox sakin məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 910 nəfər Cəbrayılda işlə təmin edilib. Bu çərçivədə 50-dək şəxsin özünüməşğulluq proqramı vasitəsilə kiçik ailə təsərrüfatları yaradılıb.

Bundan əlavə, 112 nəfər əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb edilib. Kursları müvəffəqiyyətlə tamamlayanlar işlə təmin olunub.

Cəbrayıl rayonuna köçürülən sakinlərin məşğulluq məsələlərinin həlli üçün əlavə işlər də aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: